Çində sürücüsüz avtobusların sınaqlarına başlanıb - VİDEO

6-12-2021, 08:15           
Çində sürücüsüz avtobusların sınaqlarına başlanıb - VİDEO
Çin istehsalı olan üç ədəd sürücüsüz avtobus kommersiya sınaqları üçün fəaliyyətə başlayıb.

Ölkənin texnologiya nəhəngi “Baidu” tərəfindən istehsal olunan və 4-cü səviyyəli avtonom sistemlə təchiz edilən avtobusların sınaqları ölkənin cənub-qərbində yerləşən Çonqinq şəhərində keçirilir.

Bildirilir ki, saatda təxminən 40 kilometr sürətlə hərəkət edə bilən “Robobus” avtobuslarının uzunluğu 5,9 metrdir. Özüdayanan avtobuslar mürəkkəb şəhər yolları şəraitində işləmək qabiliyyətinə malikdir.

Avtobuslardan istifadə etmək istəyənlər smart kartlardan və ya “Baidu” tərəfindən hazırlanmış kart oxuyucularından ödənişlərini edərək avtobuslara minə bilərlər.


Mənbə: “Haber Global”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru