"Omikron" ştammı Amerika ştatlarının üçdə birində qeydə alınıb

6-12-2021, 09:14           
"Omikron" ştammı Amerika ştatlarının üçdə birində qeydə alınıb
Koronavirusunun "omikron" ştammı ABŞ ştatlarının təxminən üçdə birində müəyyən edilib, lakin yeni ağır halların əksəriyyəti "delta" variantı ilə əlaqələndirilir.

Trend-in məlumatına görə, bu barədə aparıcı Amerika infeksionistləri bildirib.

Ağ Evin müşaviri doktor Entoni Fauçi "CNN" telekanalında bildirib: "Bu, daha ağır keçirilən ştamma oxşamır".

O əlavə edib ki, qəti nəticə çıxarmaq hələ tezdir, daha çox araşdırmaya ehtiyac var.

E.Fauçi ABŞ-ın Cənubi Afrikadan səyahət qadağasını "ağlabatan müddətdə" ləğv edəcəyinə ümidvar olduğunu bildirib.

Daxil olan məlumatlara görə, "omikron" ştammı Amerikanın 50 ştatından 16-da qeydə alınıb. lakin ABŞ Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərinin (CDC) direktoru Roşel Valenskinin "ABC" telekanalına deyib ki, "omikron" ştamml ilə yeni yoluxma barədə məlumat halları daima daxil olur, buna görə də bu rəqəm artacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru