Paşinyanın partiyası Ermənistanın 3-cü böyük şəhərində seçkiləri uduzdu

6-12-2021, 12:52           
Paşinyanın partiyası Ermənistanın 3-cü böyük şəhərində seçkiləri uduzdu
Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyası ölkənin üçüncü böyük şəhəri olan Qarakilsədə (sonrakı adı Kirovakan və Vanadzor olub) keçirilən seçkilərdə uduzsa da, 20-dən çox yaşayış məntəqəsində qalib gəlib.

Bizim.Media xəbər verir ki, bu haqda infromasiyanı ölkənin Mərkəzi Seçki Komissiyası yayıb.

Mənbə yazır ki, dekabrın 5-də Ermənistanın doqquz rayonunun 36 yaşayış məntəqəsində proporsional sistem üzrə yerli özünüidarə orqanlarına seçkilər keçirilib.

130 respublika və regional partiya və blokların 4,2 minə yaxın namizədi iştirak edib. Seçkilərdə iştirak faizi 42,48 təşkil edib.

"Səsvermənin ilkin nəticələrinə görə, 12 810 seçici Qarakilsə şəhərinin hazırkı meri Mamikon Aslanyana, 8 295 vətəndaş “Vətəndaş müqaviləsi” partiyasına səs verib. Ermənistan Sosialist Əmək Partiyası 4 809 səslə üçüncü yerdə qərarlaşıb", - MSK-nın saytında yerləşdirilən məlumatda deyilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.