Hidrogenlə işləyən təyyarə hazırlanıb

7-12-2021, 00:05           
Hidrogenlə işləyən təyyarə hazırlanıb
Böyük Britaniya Aerokosmik Texnologiyaları İnstitutunda (ATI) hidrogenlə işləyən sərnişin təyyarəsi ixtira olunub.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, hava nəqliyyatında karbon emissiyasını azaltmağı hədəfləyən və 15 milyon funt vəsaitin ayrıldığı “Fly Zero” proqramı çərçivəsində ərsəyə gətirilən təyyarənin qanad uzunluğu 54 metrdir. İki ədəd havalandırma mühərrikilə təchiz olunan təyyarənin hidrogen yanacağının mənfi 250 dərəcəyədək dondurulmuş halda saxlanacağı iki çəni də olacaq.

Təyyarə 279 sərnişin daşıya biləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.