Azərbaycanda evdə döyülən kişilərin sayı açıqlandı (VİDEO)

7-12-2021, 12:30           
Azərbaycanda evdə döyülən kişilərin sayı açıqlandı (VİDEO)
Ailə-məişət zorakılığı dedikdə əsasən ağıla qadınların həyat yoldaşları tərəfındən fiziki şiddətə məruz qalmaları gəlir. Halbuki bəzən əksinə də olur. Yəni kişi də ailədə öz xanımı tərəfindən zorakılığa məruz qalır və hətta bununla bağlı müvafiq dövlət orqanlarına müraciət edənlərin də sayı az deyil.
TİA.AZ xəbər verir ki, son 9 ayda 81 kişi zorakılığa məruz qalıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə “Xəzər Xəbər”ə deyib ki, Dövlət Komitəsinin 860 qaynar xəttinə ümumilikdə 369 müraciət daxil olub. Onların arasında kişilər də var.
Adətən ailədaxili münaqişələrdə güclü cinsin nümayəndəsi tərəfindən zərif cinsin nümayəndələri zorakılığa məruz qalır və qadının müraciət edəcəyi təqdirdə kişilər cəzalandırılır. Eyni hal ərini döyən qadınları da gözləyir. Yəni kişi müvafiq dövlət orqanlarına döyülməsilə bağlı müraciət etdiyi təqdirdə bu, sübut olunarsa, zorakılığı həyata keçirmiş qadın da məsuliyyətə cəlb oluna bilər.
Cəmiyyətin isə kişilərə qarşı zorakılıq hallarına, təbii ki, münasibəti birmənalı deyil.
Qeyd edək ki, məişət zorakılığı təkcə fiziki şiddəti ehtiva etmir, həm də ailə daxilində mənəvi şiddət də məişət zorakılığı hesab edilir.
шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.