Azərbaycanın bu kəndində dərslər daxmada keçirilir – TƏHSİL NAZİRLİYİNDƏN REAKSİYA

8-12-2021, 12:17           
Azərbaycanın bu kəndində dərslər daxmada keçirilir –
Quba rayonunun Qrız kəndindəki məktəbdə dərs vaxtı çəkilən foto sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Təhsilin inkişafı üçün addımların atıldığı bir zamanda belə bir daxmada şagirdlərə dərs keçilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb.

Teref.az xəbər verir ki, modern.az məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət edib.

Nazirlikdən saytın sorğusuna cavab olaraq bildirilib ki, Quba rayon Qriz kəndində yeni modul topli 20 şagird yerlik məktəbin tikilməsi nəzərdə tutulub:

“Quba rayon Qriz kəndində 2021-ci Dövlət İnvestisiya programında yeni modul tipli 20 şagird yerlik ümumi orta məktəbin quraşdırılması nəzərdə tutulub. Hazırda quraşdırma işləri gedir və cari ilin sonuna kimi məktəbin təhvil verilməsi nəzərdə tutulub”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.