Azərbaycana uçuşlar reallaşdıran aviaşirkət İtaliyada "su qiymətinə" bilet satır

11-12-2021, 07:07           
Azərbaycana uçuşlar reallaşdıran aviaşirkət İtaliyada "su qiymətinə" bilet satır
"Su qiymətinə" biletlər gələn il fevralın 22-nə qədər həyata keçiriləcək uçuşlara aiddir.
Macarıstanın aşağı büdcəli aviaşirkəti - "WizzAir" İtaliyanın 5 şəhərindən müxtəlif istiqamətlərdə simvolik məbləğə uçmaq istəyənlər üçün kampaniya keçirir.
Teref.az "Report"a istinadən xəbər verir ki, kampaniyanın şərtlərinə görə, loukoster 10 min birtərəfli aviabileti 2 avrodan (təxminən 4 manatdan) satışa çıxarıb.
"Su qiymətinə" biletlər gələn il fevralın 22-nə qədər həyata keçiriləcək uçuşlara aiddir. Xatırladaq ki, "WizzAir" Azərbaycana da uçuşlar reallaşdırır. Aviaşirkət Bakı-Budapeşt-Bakı və Bakı-Dubay-Bakı reyslərini həyata keçirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru