İsrail koronavirusun "Omicron" ştammı səbəbindən ölkəyə səyahət məhdudiyyətlərini uzadıb
11-12-2021, 08:35
İsrail cümə günü COVID-19-un Omicron variantının yayılmasının qarşısını almaq üçün səyahət məhdudiyyətlərinin uzadıldığını elan edib.
Trend xəbər verir ki, baş naziri Naftali Bennett və səhiyyə naziri Nitzan Horowitz qərara alıblar ki, əcnəbilərin İsrailə girişinə qadağanı nəzərdə tutan mövcud məhdudiyyətlər dekabrın 22-dək uzadılacaq.
Səhiyyə Nazirliyinin məlumatına görə, əksəriyyəti peyvənd olunmuş 35 israillinin "Omicron" variantı üçün testi müsbət çıxıb.
Qeyd edək ki, xaricdən qayıdan ölkə vətəndaşları üç gün karantində qalamlıdırlar.