Milli Məclisdə boş qalan yerlər - Neçə dairədə seçki olacaq?

12-12-2021, 15:30           
Milli Məclisdə boş qalan yerlər -
Hazırda Azərbaycan Milli Məclisi 120 deputatla fəaliyyət göstərir.
Modern.az-ın məlumatına görə, parlamentdə 5 deputat yeri boş olduğundan 125 seçki dairəsindən 120-si təmsil olunur.

Belə ki, 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərindən sonra Mərkəzi Seçki Komissiyası (MSK) nöqsanlar aşkarlanan 4 seçki dairəsinin nəticələrini ləğv edib.

33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələridir.

Ötən il avqustun 4-də Fəttah Heydərov vəfat etdiyinə görə, 116 saylı Qəbələ seçki dairəsinin də Milli Məclisdə təmsilçisi yoxdur.

Beləliklə, parlamentdə boş qalan deputat yerlərinin sayı 5-ə çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru