Ermənistan İstintaq Komitəsi 16 noyabr döyüşlərinin itkilərini AÇIQLAYIB

13-12-2021, 12:56           
Ermənistan İstintaq Komitəsi 16 noyabr döyüşlərinin itkilərini AÇIQLAYIB
Ermənistanın İstintaq Komitəsi noyabrın 16-da Zəngəzurda Azərbaycan Ordusuna əsir düşən erməni əsgərlər barəsində başlanmış cinayət işinin məlumatlarını açıqlayıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, İstintaq Komitəsinin məlumatına görə, noyabrın 16-da Azərbaycanla sərhəddə baş verən döyüş əməliyyatları zamanı iki postda keşik çəkən 37 əsgərdən 5-i ölüb (bu qədər cəsəd geri qaytarılıb), 21 nəfər əsir götürülüb, 11 nəfər azad edilib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Ordumuzun bir leytenantl, bir giziri, bir MAXE-si və dörd əsgəri (7 hərbçi) şəhid olub, 10 hərbçimiz yaralanıb.
A.Qorxmaz












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru