"Onları ərizə yazmağa məcbur ediblər..." - Deputat rəsmi informasiyanı şübhə altına saldı

14-12-2021, 16:53           
"Onları ərizə yazmağa məcbur ediblər..." -
"2020-ci ildə 327425 nəfər işdən öz ərizələri ilə azad olunub".

Sfera.az xəbər verir ki, bu fikirləri bu gün Milli Məclisin plenar iclasında "İşsizlikdən sığorta haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib. Deputat 267900 nəfərin öz ərizəsi ilə işdən çıxmasına şübhə ilə yanaşıb:

"Axı, pandemiya dövründə bu qədər insan öz ərizəsi ilə necə işdən çıxa bilər? İşçilər müxtəlif bəhanələr gətirilərək ərizə yazmağa məcbur edilib. Bununla da onlar heç bir kompensasiya almayıblar. Bunlar ciddi araşdırılmalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru