ÜST-dən “Delta” və “Omikron” ştamlarının "sunami"si barədə XƏBƏRDARLIQ

15-12-2021, 09:28           
ÜST-dən “Delta” və “Omikron” ştamlarının "sunami"si barədə XƏBƏRDARLIQ
Dünya ictimaiyyəti “Delta” və “Omikron” ştamları da daxil olmaqla, koronavirus infeksiyalarının “sunami”si ilə üz-üzədir.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Xəstəliklər Bölməsinin texniki qrupunun rəhbəri Mariya Van Kerxove deyib.

O, dünya başçılarını gözləməyə yox, artıq 2022-ci ildə COVID-19 pandemiyasına son qoymaq üçün dərhal hərəkətə keçməyə çağırıb.

ÜST nümayəndəsi həmçinin COVID-19-un “Omikron” ştammına görə dünyada xəstəxanaya yerləşdirmə və ölüm hallarının sayının artacağını proqnozlaşdırıb.

Qeyd edək ki, bu, artıq Böyük Britaniyada müşahidə olunur. Orada “Omikron” ştammına yeni yoluxma hallarının sayı rəsmi statistikadan yüz dəfə çox olub və gündə 200 minə çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru