Taliban BMT-ni təkzib etdi: Heç kim acından ölməyib

16-12-2021, 00:02           
Taliban BMT-ni təkzib etdi:
Taliban hökuməti BMT-nin Əfqanıstanda milyonlarla insanın aclıqdan əziyyət çəkməsi barədə məlumatını rədd edib.

Bildirək ki, bu bəyanatla Əfqanıstanın baş nazir müavini Abdul Salam Hənəfi çıxış edib.

“Mən Dünya Ərzaq Proqramının bu məlumatı ilə razı deyiləm və əfqan xalqı da bunun yalan olduğuna inanır. Hələ Əfqanıstanda heç kim acından ölməyib”, - Hənəfi bildirib.

Qeyd edək ki, dekabr ayının əvvəlində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyəti Əfqanıstana humanitar yardım ayrılmasının vacibliyini vurğulamışdı./Axar.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru