Azərbaycanın Asiya və Avropa bazarlarını əlaqələndirmək üçün yeni imkanları yarana bilər – Aleksey Overçuk

16-12-2021, 17:33           
Azərbaycanın Asiya və Avropa bazarlarını əlaqələndirmək üçün yeni imkanları yarana bilər – Aleksey Overçuk
Azərbaycanın Asiya və Avropa bazarlarını əlaqələndirmək üçün yeni imkanları yarana bilər.

Bunu bu gün Rusiya baş nazirinin müavini Aleksey Overçuk Bakıda “Rusiya-Azərbaycan münasibətlərinin inteqrasiya prosesləri kontekstində müasir vəziyyəti və perspektivləri” adlı konfrans zamanı deyib.

“Biz bu sahədə birlikdə işləyib uğur qazana bilərik. Rusiyanın Azərbaycana investisiyaları 4,5 milyard dollara, Azərbaycanın Rusiyaya investisiyaları 1,5 milyard dollara çatıb. Rusiya biznesi Azərbaycanda işləməkdə maraqlıdır. İndi dəmir yollarının tikintisi və inkişafı, bərpa olunan enerji mənbələrinin, yüksək texnologiya müəssisələrinin, logistikanın inkişafı üçün yaxşı perspektivlər var. İndi bizim qarşımızda Şimal-Cənub və Qərb-Şərq dəhlizlərini əlaqələndirmək imkanı yaranıb. Bundan bütün Avrasiya İqtisadi İttifaqı məkanı bəhrələnə bilər”, – A.Overçuk bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru