Azərbaycanda benzin istehsalı artdı

17-12-2021, 07:03           
Azərbaycanda benzin istehsalı artdı
2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda avtomobil benzininin istehsalı 6,8 faiz artıb.

Gununsesi.info xəbər verir ki, qeyd olunan müddət ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 milyard 984,4 milyon manat olmaqla, əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 14,6 faiz artıb.

Neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 2,3 dəfə, sürtkü yağlarının istehsalı 60,9 faiz, neft koksunun istehsalı 30,9 faiz, dizel yanacağının istehsalı 19,0 faiz, avtomobil benzininin istehsalı 6,8 faiz, yanacaq mazutunun istehsalı isə 1,5 faiz artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru