Assanjın həbsxanada baş tutacaq nikahının tarixi barədə açıqlama verilib

17-12-2021, 09:33           
Assanjın həbsxanada baş tutacaq nikahının tarixi barədə açıqlama verilib
“WikiLeaks”in qurucusu Culian Assanj və onun nişanlısı Stella Morris 2022-ci ilin əvvəlindən tez evlənməyi planlaşdırmır. Bu barədə Morrisin özü bildirib.

Məlumata görə, qadın həbsxana ilə mütəmadi əlaqə saxlayır və mümkün qonaqların sayını müzakirə edir.

Qeyd edək ki, noyabrın sonlarında Morris evlilik üçün rəsmi müraciət etdiklərini açıqlayıb. Böyük Britaniyanın Dövlət Penitensiar Xidməti bəylə gəlinin həbsxanada nikaha daxil olmaq istəyini təsdiqləyib.

Xatırladaq ki, İngiltərə məhkəməsi Assancın ABŞ-a ekstradisiyasına icazə vermişdi. Bundan sonra keçmiş MKİ zabiti Edvard Snouden “WikiLeaks”in yaradıcısını siyasi məhbus adlandırıb.



Mənbə: Evening Standard












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru