"Bu, bizə təhsili daha sistemli təşkil etməyə, dərs saatlarını artırmağa imkan verəcək" - deputat

17-12-2021, 11:32           
"Bu, bizə təhsili daha sistemli təşkil etməyə, dərs saatlarını artırmağa imkan verəcək" - deputat
“Son günlər cəmiyyətdə 12 illik təhsilə keçidlə bağlı müzakirələr aparılır”. DİA.AZ xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, müəyyən ciddi hazırlıqlar həyata keçirildikdən sonra ölkəmizin 12 illik təhsilə keçidi təhsilimizin inkişafına töhfə verə bilər:

“Dünyanın əksər ölkələrində 12 illik təhsil tətbiq olunur. Bu həmçinin bizə təhsili daha sistemli təşkil etməyə, dərs saatlarını artırmağa imkan verəcək. Bu, eləcə də xarici ölkələrdə bizim gənclərimizin təhsillərini uğurla davam etdirmələrinə öz təsirini göstərəcək. Bununla həm də beynəlxalq təcrübəyə keçmiş olacağıq. 12 illik təhsillə bağlı bir sıra hallarda tələbələrimizin xarici ölkələrdə üzləşdiyi çətinliklərin həllinə öz müsbət təsirini göstərəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru