Xınalığa çəkilən yeni yolun çökməsinə aydınlıq gətirildi

18-12-2021, 07:14           
Xınalığa çəkilən yeni yolun çökməsinə aydınlıq gətirildi
Qubada torpaq sürüşməsi Quba-Susay-Xınalıq avtomobil yolunun çökməsi ilə nəticələnib.

Torpaq sürüşməsi yeni çəkilməkdə olan Quba-Xınalıq yolunun Qrız kəndi yaxınlığındakı ərazidə baş verib. Bu ərazidə avtomobillərin hərəkət etməsi mümkün deyil. Vətəndaşlar hansı yoldan istifadə etməlidir?

Bununla bağlı Trend-in sualını Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli cavablandırıb.

O bildirib ki, sürüşmə ərazisindən keçən yolda tikinti aparılır.

"Vətəndaşlardan xahiş edirik ki, mövcud Quba-Qəçrəş-Xınalıq yolundan istifadə etsinlər. Çünki digər yol tikinti altında olduğundan təhlükəlidir. Hələ o yolda tikinti işləri davam edir. İnsanların öz təhlükəsizliyi naminə tikintisi yekunlaşmayan yoldan istifadə etməsi məqbul sayılmır", - deyə qurum rəsmisi bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru