Məşhurlar haqlıdır? - DİN-dən açıqlama

19-12-2021, 00:00           
Məşhurlar haqlıdır? -
Son günlər Azərbaycanın tanınmış simaları sosial şəbəkələrdə paylaşdığı görüntülərin KİV və digər platformalarda yerləşdirilməsinə etiraz edirlər. Onlar fotoların minlərlə izləyicisi olduğu halda öz hesabında paylaşsa da, digər səhifələrin yaymasını tənqid edirlər.

Teref.az Olay-a istinadən xəbər verir ki, hətta onlar bununla bağlı Daxili İşlər Nazirliyinə müaricət edir, fotolarını paylaşan şəxslərdən, media nümayəndələrindən şikayətçi olurlar. Bəzən isə öz hesablarında bəzi KİV üzvlərini hədələyirlər.

Bəs, onların hər kəsə açıq səhifədə yerləşdirdikləri görüntülərin digərləri tərəfindən paylaşılması qanun pozuntusudurmu?

OLAY yazır ki, mövzu ilə bağlı DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev açıqlama verib. O, fesybuk səhifəsində bu sözləri yazıb:

"Sosial şəbəkə səhifələrinizdə əgər hansısa fotonun digər şəxs tərəfindən paylaşılmasına razı deyilsinizə, bu sizi narahat edirsə, fotolarınızı sosial şəbəkə səhifələrinizdə paylaşmayın. Bu, tövsiyədir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru