Şəkinin bu iki kəndinə müstəqil Azərbaycanın nəfəsi dəyməyib – Təbii qaz yox, yollar bərbad+ VİDEO

22-12-2021, 16:46           
Şəkinin bu iki kəndinə müstəqil Azərbaycanın nəfəsi dəyməyib – Təbii qaz yox, yollar bərbad+ VİDEO
Şəkinin Baş Kəldək və Oraban kəndlərində olduqca acınacaqlı vəziyyət hökm sürür. Bu iki kənd eyni bələdiyyə və icra nümayəndəliyi tərəfindən idarə olunur. Kənd sakinləri saytımıza etdikləri şikayətdə bildiriblər ki, onların yolları bərbad vəziyyətdədir. Eyni zamanda kəndlərə hələ də təbii qaz çəkilməyib.

Bu da kənd sakinlərinin yaşayışına ciddi problemlər yaradır. Çox maraqlıdır ki, kəndlərlə eyni çoğrafi mövqedə yerləşən və ara məsafəsi bir neçə yüz metr olan ətraf kəndlərdə həm təbii qaz var, həm də yolları asfaltlanıb. Onda isə bu iki kəndə bəslənən ögey münasibətin səbəbi nədir?

Kənd sakinləri bildirir ki, problemlərin aradan qaldırılması ilə bağlı şikayət etmədikləri instansiya qalmayıb. Azinforum.az həmin kəndlərdə olub və şikayətləri yerində araşdırıb. Şəkinin sözügedən kəndlərindən hazırladığımız videoreportajı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru