Çingiz Abdullayev: "Quranda var ki, hər bir kişi 4 dəfə evlənə bilər"

22-12-2021, 20:18           
Çingiz Abdullayev: "Quranda var ki, hər bir kişi 4 dəfə evlənə bilər"
Məşhur yazıçı Çingiz Abdullayev maraqlı açıqlaması ilə gündəmə gəlib.

"Üzə-düz” proqramına qonaq olan yazıçı kişilərin qadınlara xəyanətindən danışıb. Çingiz Abdullayev Quranda və hədislərdə kişiyə 4 dəfə evlənməyə, 400 qadın da saxlaya bilməsi ilə bağlı icazə verildiyini bildirib:

"Quranda da, hədislərdə də yazılıb ki, hər bir kişi 4 dəfə evlənə, 400 qadın da saxlaya bilər. Mən saxlamıram. 35 ildə 1 dəfə evlənmişəm, bununla da bitib.

Qadına icazə verilmir 4 ər saxlamağa, kişilərə isə icazə verilir. Pis ya yaxşı, tarixdə bu, belə olub. Xəyanət pis sözdür. Kişiləri ona görə bağışlamaq olur ki, onları qadınları, qızları sevirlər. Onları qəbul etmək lazımdır, bağışlamaq olar, nə edək, indi bu, belədir də”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru