İşdən çıxarılan general haqda maraqlı məlumatlar - 48 yaşında diplom alıb...

21-01-2022, 17:43           
İşdən çıxarılan general haqda maraqlı məlumatlar -
Vəzifəsindən kənarlaşdırılan Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Nizami Məmmədov 48 yaşında diplom alıbmış. Teref.az qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə general-leytenantın tərcümeyi-halında qeyd edilib.

Nazim Məmmədov 1951-ci ildə anadan olub. 1999-cu ildə isə Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universitetinin hüquq fakultəsini bitirib. 1999-cu ildə general-leytenantın 48 yaşı olub. Onun bundan əvvəl hansısa ali məktəbi bitirməsi barədə tərcümeyi-halında hər hansı qeyd yoxdur.

Nazim Məmmədov universiteti 1999-cu ildə bitirməsinə bamayaraq, 1995-ci ildən Dövlət Gömrük Komitəsində çalışıb. Həmin vaxt qurumun sədri indiki Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov olub.

2007-ci ildə isə Nazim Məmmədov DGK sədrinin müavini təyin olub və general-leytenant rütbəsi alıb.

Mediada gedən bəzi məlumatlara görə, Nazim Məmmədov vaxtilə Kəmaləddin Heydərovun sürücüsü olub. Onun baytarlıq işçisi olduğu barədə də məlumatlar var.

Qeyd edək ki, Nazim Məmmədovun işdən çıxarılması barədə xəbəri Qaynarinfo yayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru