Gözdə erkən ölümü göstərən əlamət açıqlandı - FOTO

22-01-2022, 10:43           
Gözdə erkən ölümü göstərən əlamət açıqlandı - FOTO
Əgər tor qişa vaxtından əvvəl qocalmağa başlayırsa, bu insan üçün erkən ölüm siqnalı ola bilər.

Bu barədə çinli və avstraliyalı alimlər xəbərdıq ediblər. Elm adamlarının bununla bağlı tədqiqatlarının nəticələri “British Journal of Ophthalmology” jurnalında dərc olunub.

Alimlər 11 il ərzində 40-69 yaş arası 36 min insanın göz qişasının vəziyyətini müşahidə ediblər. Bu müddət ərzində 1871 nəfər dünyasını dəyişib. Onların çoxunun ölüm səbəbi xərçəng olub. Bu insanlarda tor qişanın “tez qocalması” aşkar edilib.

Alimlər gözün tor qişasının bu vəziyyətinin həmin insanın bioloji yaşına uyğun gəlmədiyini vurğulayıbılar. Bu, onun sinirlərinin, eləcə də qan damarlarının zədələnməsi səbəbilə izah olunub.

“Bu cür təsirlərə hipertoniya, yüksək qan şəkəri və xolesterin səviyyəsi, düzgün olmayan qidalanma və ya piylənmə kimi bir sıra amillər səbəb ola bilər. Bu vəziyyətdə retinanın qeyri-sağlam forması sağlamlıq problemlərini əks edir”, - deyə onlar bildiriblər.

“Tor qişası insanın həqiqi yaşından bir il böyükdürsə, hər hansı səbəbdən ölüm riski iki faiz artır. İnsanın tor qişasının yaşı ilə faktiki yaşı arasındakı fərq bu riski 49 faizdən 67 faizə yüksəlməsi deməkdir”, - deyə ekspertlər vurğulayıblar.

Onlar qeyd ediblər ki, okulistlər sadə qeyri-invaziv görmə testləri həyata keçirməklə, retinanın vəziyyətini qiymətləndirə və pasiyentə ümumi sağlamlıqları haqqında məlumat verə bilərlər.

Mənbə: Medik Forum












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.