Livana qayıdacağam və... – Həriri

29-01-2022, 11:32           
Livana qayıdacağam və... – Həriri
Yaxın zamanda Livana geri qayıdacağam və ölkəmin suverenliyini işğalçılardan geri almaq üçün mübarizə aparacağam.

Axar.az xəbər verir ki, bunu Livanın sabiq baş naziri Rəfiq Həririnin böyük oğlu Bəha Həriri deyib.

“Dinimiz, əxlaqımız və tərbiyəmiz bizə Livanın inkişafı üçün bütün imkanlarımızı səfərbər etmək məsuliyyətini tələb edir. Atamın açdığı yolla gedəcəyəm. Livan cəmiyyətinin hər hansı bir komponentində yaşanacaq boşluqla bağlı hədə-qorxu və ya dezinformasiya yalnız vətən düşmənlərinə xidmət edir”, - Həriri bildirib.

Qeyd edək ki, B.Həriri mayın 15-də planlaşdırılan seçkilərdə namizədliyini irəli sürəcəyini açıqlamasa da, yerli mətbuatda bu istiqamətdə informasiyalar yer alır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru