“Biz müharibədə ona görə uduzduq ki..." -

30-01-2022, 18:14           
“Biz müharibədə ona görə uduzduq ki..." -
"Biz müharibədə ona görə uduzduq ki, 26 ildə iqtisadiyyatımız inkişaf etməyib, əhalimizin sayı artmayıb, orduya lazımi diqqət ayırmayıb”.

Qaynarinfo xəbər verir ki, sözləri Qarabağdakı qondarma rejimin rəhbəri Arayik Arutyunyan deyib. Qondarma rejimin "Azadlıq Döyüşçüləri İttifaqı”-nın bir qrup üzvü ilə "Vətənin Müdafiəçisi” günü münasibəti ilə görüş keçirən Arutyunyan bildirib ki, qalib gəlmək təkcə müharibə demək deyil:

"Gələcəkdə qalib gəlmək üçün bu gündən yeni gündəmlə, ölkəmizdə yaşamaqla, inkişaf etmiş iqtisadiyyata, demoqrafik artıma malik olmalıyıq. Biz keçdiyimiz yola qiymət verməli, həmvətənlərimizin qədrini bilməliyik. Elə bir ölkə qurmalıyıq ki, orada yaşamaq şərəfli və xoş olsun, Qarabağda misli görünməmiş sosial təminatlar olsun, hər bir ailənin ayrıca mənzili olsun və doğulan hər uşağa minimum sosial müavinət verilsin. Əgər bunu etsək, bizim gələcəkdə qalib gəlmək şansımız olacaq və müharibənin olması mütləq deyil, qalib gəlmək təkcə müharibə demək deyil”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru