ABŞ-da kütləvi qəza doqquz nəfərin ölümünə səbəb olub
31-01-2022, 08:53
ABŞ-ın Nevada ştatında, Las-Veqas şəhəri yaxınlığında altı avtomobilin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı doqquz nəfər ölüb. Qəza sürət həddinin aşılması səbəbindən baş verib.
Polisin məlumatına görə, “Dodge Challenger” markalı avtomobil işıqforun qırmızı işığında keçərək bir neçə avtomobilə çırpılıb.
“Dodge”un sürücüsü və avtomobildə olan digər sərnişin yerindəcə həlak olub. Həmçinin, yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib.