Rusiyalı milyarderin səkkiz yaşlı oğlunun cəsədi tapıldı

31-01-2022, 10:12           
Rusiyalı milyarderin səkkiz yaşlı oğlunun cəsədi tapıldı
Milyarder Stanislav Loqunovun Leninqrad vilayətində gəzinti zamanı buzun qırılması nəticəsində Neva çayına düşən səkkiz yaşlı oğlunun meyiti tapılıb.

Bu barədə rayonun fövqəladə xilasetmə xidməti məlumat yayıb.

Uşağın meyiti bir həftə sonra faciə baş verən yerdən 70-80 metr aralıda tapılıb.

O, sahilə çıxarılaraq polisə təhvil verilib.

Xatırladaq ki, hadisə yanvarın 24-də uşaq əkiz qardaşı və bibisi ilə Sankt-Peterburq şəhəri ətrafındakı Novosaratovka kəndi yaxınlığında Neva sahilində gəzərkən baş verib. Qadın qardaşı oğlunun arxasınca qaçıb suya düşsə də, kabeldən yapışaraq sahilə çıxıb.

Qeyd edək ki, Stanislav Loqunov mühəndis şəbəkələri layihələndirilməsi ilə məşğul olan “MeqaMeyd” şirkətinin yaradıcısı və sahibidir. 49 yaşlı iş adamı həm də çoxsaylı kitabların müəllifi və biznes təlimçisidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru