Qəzzada 2 000 il yaşı olan qəbiristanlıq tapılıb

1-02-2022, 10:19           
Qəzzada 2 000 il yaşı olan qəbiristanlıq tapılıb
Qəzza zolağında yeni yaşayış massivinin tikintisi zamanı qədim dövrə aid qəbiristanlıq aşkarlanıb.

Bu barədə “Report” Qəzza zolağının Turizm və Qədim Əsərlər Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, qəbiristanlığın yaşı təxminən iki min ildir.

Nekropol anklavın şimal-qərbindəki Beyt-Lahia şəhəri yaxınlığında tapılıb. Mütəxəssislər qazıntı yerindən və qəbirlərdən tapılan artefaktları götürərək qədim qəbiristanlığın ərazisini arxeoloqların araşdırması üçün bağlayıblar.

“Arxeoloji tapıntıların tədqiqi, onların yaşının və tarixi dəyərinin müəyyən edilməsi üçün xüsusi komissiya yaradılıb”, - nazirlikdən bildirilib.

Yerli KİV-in məlumatına görə, qəbiristanlıq iki həftə əvvəl şəhər sakinləri tərəfindən aşkarlanıb. Sakinlər çoxlu sayda qiymətli artefaktlar, o cümlədən dulusçuluq məmulatları, həmçinin qəbirlərdən birindən lövhə oğurlaya biliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru