Rusiyada qıtlıq başlayıb, insanlar mağazalarda şəkər üstündə dalaşırlar - FOTO, VİDEO
15-03-2022, 07:57
Rusiya hökuməti şəkər və taxıl ixracına müvəqqəti qadağa tətbiq edib. Rusiya Federasiyası Aİİ ölkələrinə taxıl, üçüncü ölkələrə isə ağ şəkər və xam qamış şəkəri ixrac etməyəcək.
Taxıl üzrə məhdudiyyətlər 2022-ci il iyunun 30-dək, şəkərlə bağlı məhdudiyyətlər 2022-ci il avqustun 31-dək qüvvədə olacaq. Taxıl qadağası buğda və meslin, çovdar, arpa və qarğıdalıya şamil edilir.
Qərar “xarici məhdudiyyətlər qarşısında daxili ərzaq bazarını qorumaq üçün” qəbul edilib.
Bütün bu tədbirlərə baxmayaraq, artıq Rusiyada qıtlıq özünü göstərməkdədir. Mağazalarda qənd, şəkər tozu yoxdur. Baxdığınız bu videoda insanlar qənd uğrunda bir biri ilə dalaşırlar. Putin öz avantürası ilə Rusiyanı uçurumun və daxili üsyanların astanasına gətirib.