Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz

15-03-2022, 10:58           
Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
“Əgər Qərb ölkələri Ukraynaya dəstəyi artırsa, onda təxminən 10 gündən sonra Ukraynada ruslar aktiv döyüş əməliyyatları apara bilməyəcəklər”.

“Qafqazinfo” xəbər verir ki, bunu MSNBC-yə açıqlamasında ABŞ-ın Avropadakı ordusunun keçmiş komandanı, istefada olan general Ben Hodges bildirib.

Generalın sözlərinə görə, rusların kifayət qədər şəxsi heyəti, vaxtı çatmır, onun da döyüş sursatı tükənir:

“Təxminən 10 gün ərzində... Gərək Ukrayna qüvvələrinin təchizatını artıraq ki, onlar Rusiya artilleriyasını, ordusunu məhv etmək və raket zərbələrini dəf etmək imkanına malik olsunlar. Bir şərtlə ki, biz bunu edək. 10 gün ərzində ruslar bu müharibədə daha aktiv döyüş əməliyyatları apara bilməyəcəkləri nöqtəyə çatacaqlar”.

General hesab edir ki, Ukrayna tərəfi Rusiyanın imkanları tükənənə qədər sağ qalmağı bacarmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru