"Sanki parlament hökumətə hesabat verir" - DEPUTAT

15-03-2022, 17:48           
"Sanki parlament hökumətə hesabat verir" - DEPUTAT
"Hökumətin hesabatına Milli Məclisdə bir gün ayrılması düzgün deyil".

Bunu Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, çıxışa yazıla bilənlər danışır, yazıla bilməyənlər isə çıxış edə bilmir: "Sanki parlament hökumətə hesabat verir. Bizim üçün əlçatan tribuna buradır. Hökumət üzvlərinə çıxış imkanımız demək olar ki, yoxdur. Zəng edirik, problem deyirik, deyirlər geri dönəcəyik və s. Burda da elə bil parlament hökumətə hesabat verir, hökumət Milli Məclisə yox. Bir gün çox azdır”.

S. Rüstəmxanlı təklif edib ki, Milli Məclisdə azlıqda olan partiya təmsilçilərinə də söz verilsin.

MM sədri Sahibə Qafarova isə bildirib ki, S.Rüstəmxanlı çıxış etmək üçün yazılanlar sırasında 29-cudur, vaxt çatsa, ona da söz verəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru