“Vaqner” Ukraynada döyüşmək üçün muzdlu yığır - Əvvəlki məhdudiyyətlər ləğv edilib

15-03-2022, 19:03           
“Vaqner” Ukraynada döyüşmək üçün muzdlu yığır -
Britaniyanın "Times" və "İndependent" qəzetləri fevral ayının axırlarında yazmışdılar ki, guya Kiyevdə "Vaqner" PMC qrupunun 400 nəfərə yaxın muzdlusu var, onlar ora Ukrayna paytaxtını ələ keçirmək və Prezident Volodimir Zelenskini öldürmək üçün göndəriliblər.

"AzPolitika.info" xəbər verir ki, BBC-nin Rusiya xidməti həmin şəxslərin bir neçəsiylə əlaqə yarada bilib. Muzdlular bildiriblər ki, o günlərdə çox sayda döyüşçünün Ukraynadakı müharibəyə cəlb edilməsi prosesi başlayıb, hətta əvvəllər bu qurumla müqaviləsi olmayan şəxslər də PMC-yə daxil edilib. Muzdluların sözlərinə görə, qurumun əsas heyətini daha əvvəl başqa ölkələrlə imzalanmış müqavilələri yerinə yetirmək üçün qoruyurlar.

Yeni münaqişəylə bağlı potensial muzdlular üçün əvvəlki məhdudiyyətlər aradan qaldırılıb: hələ bir neçə ay əvvəl PMC-yə ancaq Rusiyada doğulmuş şəxsləri qəbul edirdilərsə, indi Krasnodar yaxınlığındakı Molkino qəbul məntəqəsinə "DXR" və "LXR" əhalisini, ilhaq olunmuş Krımın sakinlərini və Gürcüstan vətəndaşları istisna olmaqla, əcnəbiləri də dəvət edirlər.

Federal Məhkəmə İcraçıları Xidmətinə (FMİX) borc, məhkumluğun olmaması haqqında arayış və ya xarici pasportun olmaması kimi hallar artıq problem hesab edilmir.

Muzdlulardan biri radioya veteranların daxili çatlarına göndərilmiş mesajı təqdim edib: "Cənablar! Kim "salo" yemək istəyirsə, mənə yazsın. Əyər-əskiyi olmayan əməkdaşları piknikə dəvət etmirlər. FMİX-ə borc - … (söyüş), xarici pasport - … (söyüş). LDNR, sizi israrla dəvət edirik. Kim hansısa səbəbə görə bizdə işdən çıxarılıbsa, zəng etsin. Təkrar edirəm, piknikə "salo" yemək üçün dəvət edirik".

Hələ 2021-ci ilin payızında keçmiş muzdlular şikayətlənirdilər ki, quruma ukraynalıların da sızacağından ehtiyat edərək Krım, "DXR" və "LXR"-də doğulanların işə qəbulunu dayandırıblar.

BBC-nin həmsöhbəti həmçinin bildirib ki, müharibədən bir neçə həftə əvvəl "Vaqner" veteranlarını "QRU zabitlərinin" rəhbərlik etdiyi yeni birləşmələrə işə götürüblər, onlara yeni PMC-lərin adları yazılmış şevronlar verilib.

Mənbənin dediyinə görə, bu şəxslər Xarkov istiqamətində müəyyən tapşırığı yerinə yetirərək bir ay üçün 2100 dollar maaş alıb evlərinə qayıdıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.