Blinken: “Ukraynanın NATO-ya qoşulmaması Rusiyaya güzəşt deyil”

16-03-2022, 12:24           
Blinken: “Ukraynanın NATO-ya qoşulmaması Rusiyaya güzəşt deyil”
Ukraynanın Şimali Atlantika Alyansına qoşulmaması Rusiyaya güzəşt kimi qəbul edilməməlidir.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken CNN telekanalında bildirib.

"Mən bunun güzəşt olduğunu düşünmürəm. Fikrimcə, bu, sadəcə olaraq, real vəziyyətin əksidir. Rusiya təcavüzündən əvvəl də Ukrayna ertəsi gün NATO-ya daxil olmaq niyyətində deyildi", - deyə Blinken qeyd edib.

Ukrayna prezidenti Vladimir Zelenskinin ölkənin NATO-ya üzv olmayacağını tanımaq zərurətini elan edərkən dediyi sözlər güzəşt kimi qəbul edilməlidirmi ilə bağlı sualı cavablandırıb.

Qeyd edək ki, ötən gün Volodimir Zelenski Ukraynanın NATO-ya üzv ola bilməyəcəyini başa düşdüklərini demişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru