Ukraynadan belə qaçıb: Polşada olduğu açıqlandı - FOTOLAR

17-03-2022, 11:35           
Ukraynadan belə qaçıb: Polşada olduğu açıqlandı - FOTOLAR
Ukraynada yaşayan və prezident Vladimir Zelenskiyə bənzərliyi ilə seçilən özbəkistanlı Ümid İsabayev ölkədən qaçıb.

Metbuat.az xəbər verir ki, o Polşaya gedib. Bildirilir ki, İsabayev həm Zelenskiyə bənzədiyinə görə öldürülə biləcəyindən ehtiyat etdiyi üçün həm də təhlükəsizlik məqsədilə Polşaya qaçıb. Məlumata görə, onun Ukraynadan qaçmasına Şimali Koreya lideri Kim Çen Ina bənzərliyi ilə seçilən Hovard X və prezident Vladimir Putinə bənzərliyi ilə seçilən Sobala kömək edib. Onlar Ukraynadakı əlaqələrindən istifadə edərək, İsabayevin ölkədən çıxması üçün xüsusi qrup qurublar.

Qeyd edək ki, Ümid İsabayev Zelenskiyə bənzərliyindən istifadə edərək pul qazanırdı. İsabayev, Zelenksi hələ prezident olmamış onunla görüşmüşdü.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.