MSK Şahin Seyidzadənin mandatdan imtina barədə ərizəsinə baxacaq - Bu gün

17-03-2022, 11:45           
MSK Şahin Seyidzadənin mandatdan imtina barədə ərizəsinə baxacaq - Bu gün
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək. Teref.az-ın APA-ya istinadla xəbərinə görə, iclasda Şahin Seyidzadənin deputat mandatından imtina barədə ərizəsinə baxılacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin 3 mart tarixində imzaladığı sərəncamla Ş. Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qo goruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.

Konstitusiyanın 89-cu maddəsinin 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir.

Seçki Məcəlləsinin 176.2-ci maddəsinə əsasən, MSK-ya ərizə (rəsmi məlumat) daxil olduqda, MSK ərizədə (rəsmi məlumatda) göstərilən faktları 2 aydan gec olmayan müddətdə araşdırır, qərar qəbul edir. Qərarın MSK tərəfindən qəbul edilməsi günündən birmandatlı seçki dairəsi üzrə seçilmiş deputat mandatından məhrum edilmiş sayılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru