Ukrayna DİN: “Rusiya təyyarələrinin təxminən üçdəbirini itirib” 17-03-2022, 13:19 Rusiya hərbi təyyarələrinin təxminən üçdəbir hissəsini itirib.“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib.“Ukrayna hərbçiləri hər gün rusların bir neçə təyyarəsini vururlar. Üç həftə ərzində ruslar təyyarələrinin üçdəbir hissəsini itirib”, - o bildirib.Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi martın 16-da Rusiyanın 5 təyyarə və 3 helikopterinin məhv edildiyini açıqlayıb. Facebook-da paylaş