Bu ölkədə siqarətə qadağa qoyuldu

18-03-2022, 00:04           
Bu ölkədə siqarətə qadağa qoyuldu
Danimarkadan 2010-cu ildən sonra doğulanlara siqarət çəkmək qadağası qoyulub.
TİA.AZ Qərb mediasına istinadən xəbər verir ki, Danimarka siqareti azaltmaq üçün yeni planını açıqlayıb.
Təklif olunan qanuna əsasən, 2010-cu ildən sonra ölkədə doğulan vətəndaşların siqaret və nikotin məmulatları ala bilməyəcəyi bildirilib.
Səhiyyə naziri Magnus Heunicke mətbuat konfransında bildirib ki, bu addım danimarkalıların gələcək nəslinin istənilən növ tütünə toxunmasının qarşısını almaq məqsədi daşıyır.
Danimarkada mövcud qanunlara əsasən, 18 yaşından kiçik Danimarka vətəndaşlarına tütün alması və ya elektron siqaret çəkməsi qadağandır. Səhiyyə naziri Heunicke 15-29 yaş arası insanların təxminən 31 faizinin hələ də siqaret çəkdiyini söyləyib.
O bildirib ki, siqaret Nordic ölkəsində xərçəngin əsas səbəbidir və ildə 13,600 ölümə səbəb olur.
Danimarka Xərçəng Cəmiyyətinin sifarişi ilə keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 64 faizi 2010-cu ildən sonra doğulanlara siqaret satışının qadağan edilməsi planını dəstəkləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru