Britaniyanın müdafiə nazirinə Ukraynanın Baş nazirinin adından SAXTA ZƏNG

17-03-2022, 00:08           
Britaniyanın müdafiə nazirinə Ukraynanın Baş nazirinin adından SAXTA ZƏNG
Özünü Ukraynanın Baş naziri kimi təqdim edən şəxs Böyük Britaniyanın müdafiə nazirinə zəng edib.

Teref.az-ın APA-ya istinadla xəbərinə görə, bu barədə Britaniyanın müdafiə naziri Ben Vallas “Twitter”də məlumat verib.

“Bu gün özünü Ukraynanın Baş naziri kimi təqdim edən saxtakar mənimlə danışmağa cəhd etdi. O, bir neçə yanlış sual verdi və mən şübhələndikdən sonra telefon danışığını dayandırdım. Moskvanın heç bir dezinformasiyası, təhrifi və çirkin hiyləsi diqqətimizi Rusiyanın insan hüquqlarını pozmasından və Ukraynaya qanunsuz müdaxiləsindən yayındıra bilməz. Bu çarəsiz cəhddir” – deyə Vallas vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru