Madlen Olbrayt vəfat edib

24-03-2022, 00:05           
Madlen Olbrayt vəfat edib
ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt vəfat edib. "Report" xəbər verir ki, diplomat 84 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, o, ABŞ-ın ilk qadın, eləcə də 64-cü dövlət katibi olub.

Madlen Olbrayt 1937-ci ildə Çexiyanın Praqa şəhərində diplomat ailəsində anadan olub. 1978-ci ildən ABŞ Prezidenti Ceyms Karterin hökuməti dövründə Milli Təhlükəsizlik Şurasının üzvü təyin edilib, 1984 və 1988-ci illərdə xarici siyasət məsələləri üzrə əlaqələndirici işləyib.

M.Olbrayt 1993-cü ilin fevralında ABŞ-ın BMT-dəki daimi nümayəndəsi təyin edilib. 1997-2000-ci illərdə isə ABŞ-ın dövlət katibi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru