"Lukaşenkonun dəlilik arayışı var, amma Putinin belə bir sənədi yoxdur..."

24-03-2022, 10:45           
"Lukaşenkonun dəlilik arayışı var, amma Putinin belə bir sənədi yoxdur..."
Rusiya prezidenti Vladimir Putinin adı ümumbəşəri şərin sinonimi kimi tarixə düşəcək. DİA.AZ moderator.az-a istinadla xəbər verir ki, bunu ukraynalı şair, Ukraynanın xalq artisti Yuri Rıbçinski “QORDON” internet nəşrinin baş redaktoru Alesya Batsmana müsahibəsində deyib.

"Hər bir insan kimi, Putin də gec-tez öləcək. Bəlkə də öldürüləcək. Onun aqibəti nə olacaq, bilmirəm. Onun həyatının sonuna çox az qaldığını düşünmürəm. O gedəndən sonra adı sivil dünya tərəfindən lənətlənəcək və şərlə sinonim olacaq. Zamanında Hitler və Stalinin adı kimi... Putinin də adı şeytanın, ümumbəşəri şərin sinonimi olacaq. Onu tarixdə onilliklər, bəlkə də əsrlər boyu dəhşətli yer gözləyir" - deyə şair bildirib.

Y.Rıbçinskinin sözlərinə görə, Putinin işləri onun psixi problemlərinin olduğunu göstərir.

"Düşünürəm ki, Putin xəstədir. Həm amerikalılar, həm də ingilislər bu barədə danışır. Onun gördüyü işlər psixi xəstəliyə dəlalət edir. Amma əgər Lukaşenkonun dəli olduğuna dair şəhadətnaməsi varsa, Putinin belə bir sertifikatı yoxdur. Bəşəriyyətin Putin üzərində məhkəməsi artıq başlayıb”, - Rıbçinski vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.