Əhalinin nağd dollar alışı fevralda iki dəfədən çox azalıb

24-03-2022, 12:02           
Əhalinin nağd dollar alışı fevralda iki dəfədən çox azalıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisi kommersiya banklarından 533,432 mln. nağd ABŞ dolları alıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, bu, 2021-ci ilin eyni ayları ilə müqayisədə 8,2% çoxdur. Təkcə fevral ayında əhali 165,936 mln. nağd dollar alıb ki, bu da yanvar ayı ilə müqayisədə 2,2 dəfə, ötən ili eyni ayı ilə müqayisədə isə 0,9% azdır.

Eyni zamanda, 2022-ci ilin ilk iki ayında Azərbaycanda banklara əhali tərəfindən 191,046 mln. nağd dollar satılıb ki, bu da illik müqayisədə 9,1% azdır. Təkcə fevralda banklara satılan nağd dollar kütləsinin həcmi isə 111,278 mln. dollara bərabər olub ki, bu da aylıq müqayisədə 39,5% çoxdur, illik ifadədə isə 21,9% azdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru