İsveçrə Rusiyanın 6 milyard dollardan çox aktivlərini DONDURDU

25-03-2022, 00:09           
İsveçrə Rusiyanın 6 milyard dollardan çox aktivlərini DONDURDU
İsveçrə sanksiyalar çərçivəsində Rusiyanın təxminən 5,75 milyard İsveçrə frankı (6,17 milyard dollar) aktivini dondurub və bu məbləğin artacağı ehtimal edilir.

Qafqaz.media xəbər verir ki, bu barədə "Reuters" agentliyi İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) nümayəndəsi Ervin Bollinqerin bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu məbləğə İsveçrədəki turizm kurortlarındakı bir sıra mülklər daxildir: "Bu gün ilk dəfə olaraq mən sizə dondurulmuş vəsaitlərin məbləği barədə məlumat verə bilərəm. Bu günə qədər SECO-ya ümumilikdə təxminən 5,75 milyard İsveçrə frankı məbləğində vəsait və aktivlər barədə məlumat verilib".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru