"Azərbaycan peyk alanda biz villalar tikirdik” - Erməni deputat

27-05-2022, 00:07           
"Azərbaycan peyk alanda biz villalar tikirdik” -
"Müharibədən sonra məlum oldu ki, 2017-ci ildə Ermənistan mühüm infrastrukturun inkişafında Azərbaycandan on dəfə geri qalıb. Artıq 2013-cü ildə Azərbaycanın üç peyki var idi. Onlardan biri kəşfiyyat üçün idi”.

"Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın deputatı Arusyak Culakyan söyləyib.

"Bakı ilk peyki 2013-cü ildə orbitə çıxarıb. Azərbaycan peyklər almağa başlayanda "müasir xilaskarlarımız” villalar tikirdilər. 44 günlük müharibə zamanı Azərbaycan artıq bu peyklərdən Qarabağda qoşunların hərəkətini onlayn izləmək üçün istifadə edirdi. Azərbaycan Prezidenti İlham Əliyev müharibədən sonra bu barədə fəxrlə danışırdı. Bu vəziyyətin Azərbaycan Silahlı Qüvvələrinə üstünlük verdiyi şübhəsizdir”, - o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru