Kəbənin ətrafındakı bariyerlər 2.5 il sonra götürüldü

15-08-2022, 12:34           
Kəbənin ətrafındakı bariyerlər 2.5 il sonra götürüldü
Səudiyyə Ərəbistanında 2,5 ildən sonra koronavirus qadağasına son verilib.

Ölkə.Az xəbər verir ki, 2020-ci ilin mart ayında koronovirus epidemiyasına görə qoyulan maneələr qaldırıldıqdan sonra müsəlmanlar yenidən Kəbəyə toxunmaq fürsəti əldə ediblər.

Kəbənin də daxil olduğu Məscid-i Nəbəvinin sədri Şeyx Dr. Əbdülrəhman bin Əbdüləziz Əl-Sudais dünən bəyan edib ki, Ümrə mövsümü başlamazdan əvvəl Kəbənin ətrafındakı qoruyucu maneələrin aradan qaldırılmasına dair qərar qəbul edilib.

Əs-Sudais bu qərarın Kəbəyə gələn müsəlmanların xüsusilə ümrə mövsümünün başlamasından sonra namazlarını mənəvi mühitdə qılmalarını asanlaşdıracağını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru