Sığorta şirkətləri insanların əsəbləri ilə necə oynayır? – ATA Sığortadan şikayət var
27-05-2016, 10:40
Bir şirkətdən 18 nəfər sürücüyə zəng edərək iki əvvəl satdığı maşını sığortalamağı məsləhət görüb
Avtomobillərin icbari sığortası ilə bağlı sürücülərin şikayətləri artmağa başlayıb. Söhbət avtmobillərini icbari qaydada sığortalayan sürücülərin mobil telefonlarına edilən çoxsaylı zənglərdir. Şəxsi məlumatlarının, o cümlədən mobil nömrələrinin yayılmasından narahat olan sürücülər artıq avtmobillərini icbari qaydada sığortalayarkən mobil nömrələrinin müqaviləyə qeyd etmək istəmirlər. Çünki ayrı-ayrı şirkətlər bir yana qalsın, eyni şirkətdən bir gündə edilən aramsız zənglər insanları bezdirir. Bu barədə Avtosfer.az-a müraciət edən Orxan adlı oxucumuz bildirib ki, etibarnamə ilə idarə etdiyi və atrıq iki əvvəl satdığı avtomobillə bağlı "ATA Sığorta" şirkətindən ona bir gündə ardıcıl olaraq 5 zəng gəlib. Həmçinin son iki gündə artıq eyni şirkətdən 18-ci şəxsin onunla əlaqə saxlayaraq avtomobilin sığortası ilə bağlı təklifi artıq onu bezdirib. “Maraqlıdır ki, hər dəfə zəng edən şəxs eyni sözləri təkrarlayır. Artıq 10cu zəngdən sonra xahiş etdim ki, mənim adımı sistemdən silin. Lakin zənglər yenə də davam etdi. Sonuncu dəfə zəng edən şəxsə acı cavab verdim. Çünki artıq səbrim tükəndi. İnsanların əsəbləri ilə oynamasınlar” – deyə şikayətçi bildirir.
Şikayətçi həmçinin, bu zənglərin yenidən olacağı təqdirdə müvafiq qaydada hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib və adıçəkilən şirkətin rəhbərliyindən bununla bağlı lazımi ölçü götürməsini xahiş edib.
Bəs görəsən sığorta şirkətləri insanların şəxsi məlumatlarını necə ələ keçirilər? Ekspertlərin sözlərinə görə, sürücülərin şəxsi məlumatları bir neçə yerdə ələ keçə bilər. Birincisi, avtomobillərin icbari sığortası ilə bağlı şəxsi məlumatları İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində qeyd edilir. Digər tərəfdən, avtomobillərin alqı-satqı prosesində icbari sığorta müqaviləsi də tələb edilir. Avtomobilin alqı-satqısı zamanı notariusda, qeydiyyata alınanda isə DYP-də icbari sığorta müqaviləsi tələb edilir. Avtomobil sahiblərinin şəxsi məlumatları, o cümlədən mobil nömrələri yalnız bu şəkildə sığorta agentinə və ya satış nümayəndəsinə ötürülə bilər. Ekspertlər bildirirlər ki, şəxsi məlumatlarının ələ keçməsindən və bezdirici sığorta zənglərindən xilas olmağın yegənə yolu kütləvi şəkildə polisə müraciət edilməsidir. Ekspertlər hesab edir ki, şikayətçilər ərizə ilə polisə müraciət etməli, məsələ Daxili İşlər Nazirliyində araşdırılmalıdır. Yalnız bu şəkildə şəxsi məlumatların ötürülməsinin qarşısı almaq olar.