Moskva səmasında əsrarəngiz görüntü: Eyni vaxtda bir neçə Günəş – FOTO/VİDEO

7-01-2023, 08:04           
Moskva səmasında əsrarəngiz görüntü:
Bu gün Rusiyanın Moskva şəhərinin səmasında üç Günəş görmək mümkündür, lakin onlardan ikisi yalançıdır.

Hadisə şahidləri sosial şəbəkələrdə əsrarəngiz kadrlar paylaşırlar.

“Parheli” adlanan təbiət hadisəsi zamanı Günəşin bir tərəfində, yaxud solunda və sağında təxminən 22 dərəcədə və Günəşlə üfüqdən eyni hündürlükdə bir cüt incə rəngli işıq ləkələri görünür. Onları istənilən mövsümdə dünyanın hər yerində görmək olar, lakin həmişə aydın və parlaq olmurlar. “Yalançı Günəşlər” Günəş üfüqə yaxın olduqda daha yaxşı şəkildə görünür və daha çox nəzərə çarpır.

Onlar atmosferdə üzən anizotropik yönümlü buz kristallarında Günəş işığının sınması nəticəsində yaranır.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.