ABŞ-ın keçmiş rəsmiləri: “Rusiya Ukraynanın işğal etdiyi yeni regionlarını qaytarmayacaq”

8-01-2023, 11:05           
ABŞ-ın keçmiş rəsmiləri:
“Rusiya Ukraynanın işğal etdiyi yeni regionlarını qaytarmayacaq”.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays və Pentaqonun keçmiş rəhbəri Robert Qeyts “The Washington Post” qəzetinə birgə yazıda etiraf ediblər.

“Putin üçün məğlubiyyət variant deyil. O, Rusiyanın tərkibində elan etdiyi dörd şərq bölgəsini Ukraynaya verə bilməz. Əgər o, bu il hərbi uğur qazana bilməsə, Ukraynanın şərqində və cənubundakı mövqelərə nəzarəti saxlamalıdır.

Həmin ərazilər gələcəkdə yenidən hücum üçün platsdarm olacaq. Belə ki, Rusiya Ukraynanın Qara dəniz sahillərinin qalan hissəsini, bütün Donbası nəzarətə götürəcək və sonra qərbə doğru hərəkət edə biləcək”, - Kondoliza Rays bildirib.

Kondoliza Rays və Robert Qeyts xatırladıb ki, Krımın ilhaqından səkkiz ildən çox vaxt keçib, bu isə o deməkdir ki, Rusiya hakimiyyəti istənilən halda strateji səbir nümayiş etdirməyə hazırdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru