Çeçen könüllülər Baxmutda Rusiya işğalçılarına qarşı belə döyüşür… – VİDEO

8-01-2023, 12:15           
Çeçen könüllülər Baxmutda Rusiya işğalçılarına qarşı belə döyüşür… – VİDEO
Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində çeçen könüllülər Rusiya işğalçılarını məhv etmək üçün Ukrayna hərbçilərinə kömək edirlər.

Teref.az “TSN”-ə istinadla xəbər verir ki, müvafiq videonu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi yayıb.

Qeyd olunur ki, Çeçenistandan olan könüllülər Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin Beynəlxalq legionunun tərkibində Ukraynanı müdafiə edirlər. Könüllülər arasında İçkeriya xalqının qəhrəmanı, hazırda Baxmutda döyüşən Əbdül Həkim də var.

Əbdül Hakim Rusiyanın genişmiqyaslı işğalından əvvəl Suriyadakı “Əcnəd əl-Qafqaz” qrupuna rəhbərlik edib. Fevralın 24-dən sonra onun qrupu Ukrayna Beynəlxalq legionunun könüllülər birləşməsinin ərkibinə daxil olmuş tanınmamış Çeçenistan İçkeriya Respublikasının Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı batalyonunun bir hissəsi kimi işğalçılara qarşı döyüşlərə atılıb.moderator













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.