“Qərbin Ukraynaya yardımı çirkli pulların yuyulmasıdır” – Kadırov

9-01-2023, 00:02           
“Qərbin Ukraynaya yardımı çirkli pulların yuyulmasıdır” – Kadırov
“Qərbin Ukraynaya yardımı çirkli pulların yuyulmasıdır”.

Bunu Çeçenistan rəhbəri Ramzan Kadırov teleqram kanalında bildirib

“Bəziləri Ukraynaya xarici yardımdan narahatdır. Narahat olmayın! Bu, işləyən çirkli pulların yuyulması sxemidir. Qərb və Ukrayna rəsmiləri bu vəsaitləri mənimsəyəcəklər və bütün yardımın 15%-dən çoxu səngərlərə çatmayacaq”, – deyə o bildirib.

Kadırov qeyd edib ki, hazırda Rusiya ərazisində baş verən hərbi əməliyyatlardan narahat olmağa dəyməz.

Qeyd edək ki, yanvarın 6-da ABŞ Ukraynaya 3 milyard dollardan dəyərində yeni yardım paketi elan edib.

Ağ Evin məlumatına görə, yardım birbaşa Pentaqonun ehtiyatlarından veriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru