“Sədərək”dəki yanğın zamanı malları oğurlayanlar saxlanıldı – Foto

9-01-2023, 08:15           
“Sədərək”dəki yanğın zamanı malları oğurlayanlar saxlanıldı – Foto
Xəbər verdiyimiz kimi “Sədərək” Ticarət Mərkəzində yanğın baş verib.

Yanğın olan obyektlərin birindən oğurluğa cəhd edən 2 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxslər müxtəlif məişət əşyalarını “öz obyektimizdən çıxarırıq, yanmasın”, deməklə Post Patrul Xidmətinin əməkdaşlarına yanlış məlumat veriblər:

“Oğurluq əməlində şübhəli bilinən şəxslər məsuliyyətə cəlb edilib.
Araşdırmalar aparılır”.

Qeyd edək ki, yanğın artıq söndürülüb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru